Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

14:05 - 4 Sentyabr 2022 - HADİSƏ

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti