Daşkəsəndə FACİƏ: 15 yaşlı qız özünü güllələdi

20:36 - 3 Sentyabr 2022 - HADİSƏ

Daşkəsəndə 15 qız odlu silahdan açılan atəş nəticəsində ölüb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.

Kənd sakini 2007-ci il təvəllüdlü Həsənova  Günel Əli yaşadığı evdə  odlu silahdan (Tüfəng) açılan atəş nəticəsində ölüb. Hadisənin  hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə, hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda  araşdırma aparılır.

Xəbər xətti