Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Mahirə Cavadova və Aygün Həmidovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Mahirə Cavadova 9 il, Aygün Həmidova isə 8 il azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunublar.///apa