Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində Quba rayon sakini Qədirov Baxodir Mamat oğlu ağaca çırpılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.