BMT Ukrayna ilə bağlı iclas keçirəcək

22:29 - 1 Sentyabr 2022 - DÜNYA

BMT Təhlükəsizlik Şurası sentyabrın 22-də Ukraynada sülhün və təhlükəsizliyin qorunması məsələsi ilə bağlı iclas keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sentyabr ayı üzrə iş proqramında deyilir.

Qeyd edək ki, sentyabrda Fransa Təhlükəsizlik Şurasına sədrlik edir.

Xəbər xətti