Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Xəzər rayonunda, Buzovna-Bilgəh yolunda qeydə alınıb. "Range Rover" markalı avtomobil hərəkətdə olarkən yoldan keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.///apa