Son sutkada koronaya yoluxanların sayı açıqlandı - FOTO

16:52 - 31 Avqust 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 813 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 505 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 032, bu günə qədər isə ümumilikdə 7 155 246 test icra olunub.

Xəbər xətti