Bakıda avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

20:55 - 30 Avqust 2022 - HADİSƏ

Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə "Yasamal Yaşayış Kompleksi" ilə üzbəüz yolda qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən minik avtomobili qəfildən idarəetməni itirərək dəyərə yuvarlanıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.///apa

Xəbər xətti