Paşinyan Brüsselə getdi

19:46 - 30 Avqust 2022 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 30-da Brüsselə işgüzar səfərə gedib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü planlaşdırılır.

Xəbər xətti