Oğuzda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

18:35 - 30 Avqust 2022 - HADİSƏ

Oğuzda iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "NİVA" və "VAZ-2109" markalı iki minik avtomobilinin toqquşması nəticəsində “VAZ 2109” idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə minik maşınında olan bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti