"Özümdən yaşça kiçik insanı sevə bilərəm".
Ucnoqta.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli aparıcısı olduğu "Tam vaxtıdır" gecə şousunda deyib.
Sənətçi hazırda aşiq olduğunu etiraf edib.
"Söylədiyim sözlər bəlkə də tərifanamə kimi çıxacaq... O qədər savadlı, dünya görmüş insanam ki, məndən yaşca kiçik insanın beyni ilə uyuşmaram. Amma özümdən 10-15 yaş böyük insanla uyuşa bilərəm.
Bəli, fiziki olaraq hamı istəyər ki, yanında boylu-buxunlu, cavan, hətta özündən belə yaraşıqlı, gözəl insan olsun. Mənim üçün fiziki sevgi önəm daşımır. Mənim üçün ruh və beyin sevgisi önəm daşıyır. Mən göründüyüm kimi, bir insan deyiləm. Çox nadir hallarda sevirəm. Bu 20 ildə bir dəfə baş verə bilir. Hazırda aşiqəm".
Qeyd edək ki, R.Zərgərlinin Bənövşə adında bir qız övladı var.