Rusiyada koronaya yoluxma kəskin artdı

13:29 - 30 Avqust 2022 - DÜNYA

Rusiyada son sutka ərzində daha 37 067 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 19 482 648 nəfərə çatıb.

Son sutka ərzində 94 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 384 254 nəfərə çatıb.

Xəbər xətti