Bakıda tələbə qız vəfat etdi - Foto

11:43 - 30 Avqust 2022 - HADİSƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Eyyubova Zafta qəfildən vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə universitetin feysbuk səhifəsində məlumat verilib.

ADPU-nun rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti mərhum tələbənin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xəbər xətti