Gəncədə partlayış baş verdi: Yaralanan var

10:12 - 30 Avqust 2022 - HADİSƏ

Gəncə şəhər sakini qumbara alışdırıcısının partlaması nəticəsində yaralanıb. 

Oxu.Az-ın məlumatına görə, şəhər sakini 15 yaşlı şəxs yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

O, həmin alışdırıcıya toxunarkən partlayış baş verib və bu zaman həmin ərazidən keçən N.Mustafayeva aşağı ətrafların, sol qolun, üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş yarası alaraq xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti