Doğum gününü qeyd edən gənc Kürdə boğulub
09:19 - 30 Avqust 2022 - HADİSƏ
Kür çayında 16 yaşlı oğlan boğularaq ölüb.
"Report" xəbər verir ki, hadisə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Qasımzadə Elşad Elman oğlu asudə vaxtını keçirmək və doğum gününü qeyd etmək məqsədilə dostları ilə birlikdə Kür çayının Mingəçevir şəhərində yerləşən hövzəsinə gedib çimərkən çayda boğularaq ölüb.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.