Göyçayda 3 otaqlı ev və istixana yanıb

23:42 - 29 Avqust 2022 - HADİSƏ

Göyçay rayonunun Hacalıkənd kəndində ümumi sahəsi 250 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 150 m² olan istixananın polietilendən ibarət üzlüyü 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, istixananın qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti