Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Xerson və Nikolayev vilayətlərinə hücum cəhdini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının üç istiqamətdə hücuma cəhd etdiyini və Rusiya qoşunlarının fəal müdafiəsi nəticəsində Ukrayna ordusunun böyük itki verdiyini açıqlayıb.
Rusiya MN-nin axşam saatlarında yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Xerson yaxınlığındakı hücumunun dəf edilməsi zamanı Ukraynaya məxsus 26 tank, 23 piyadaların döyüş maşını, 9 digər zirehli döyüş maşını, 2 Su-25 təyyarəsi məhv edilib. Həmçinin Ukrayna tərəfinin 560-dan çox hərbi qulluqçusunu itirdiyi qeyd olunub.///apa