Baltik dənizində, İsveçin Qotska-Sandön yaxınlığında içərisində 300 nəfərin olduğu sərnişin bərəsində yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, yanğın bərənin avtomobillər hissəsində başlayıb.
Yanğının qısa müddət ərzində nəzarət altında alındığı deyilir. İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Sərnişinlər bərədən təhlükəsiz şəkildə təxliyə olunub.