Hüseynbala Mirələmovun restoranında ölüm

15:45 - 29 Avqust 2022 - HADİSƏ

Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb. 

Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur. 

Xəbər xətti