"Barselona"nın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq öz evində soyğunçuların hücumuna məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, gecə saat bir radələrində dörd maskalı şəxs futbolçunun evinə daxil olaraq odlu silahla təhdid edib və bir neçə zərbə endirib.
Daha sonra zinət əşyalarını götürən soyğunçular avtomobillə hadisə yerindən uzaqlaşıb.
Futbolçu hadisə ilə bağlı polisi məlumatlandırıb. Soyğunçuların axtarışları aparılır.
Qeyd edək ki, 33 yaşlı P.Obameyanq bu ilin yanvarından "Barselona"da çıxış edir.