Laçın şəhəri, Zabux və Sus kəndləri minalardan təmizlənir - Foto

11:39 - 29 Avqust 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.

Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

Xəbər xətti