Bakıda torpaq sürüşdü

11:30 - 29 Avqust 2022 - HADİSƏ

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

Ucnoqta.az xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.

Xəbər xətti