Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edən 3 nəfər həbs olunub

10:47 - 29 Avqust 2022 - HADİSƏ

Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib. Onun sözlərinə görə, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar.

Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər xətti