Bakıda piyadanı maşınla vurub öldürən sürücü qaçıb

10:00 - 29 Avqust 2022 - HADİSƏ

Bakıda avtomobil sürücüsü piyadanı vuraraq qaçıb.

Hadisə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

"Toyata Prius" markalı avtomobili idarə edən naməlum sürücü piyada keçidində yolu keçən 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Xəbər xətti