Bakıda torpaq sürüşməsi olub - FOTO

09:46 - 29 Avqust 2022 - HADİSƏ

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçik miqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

APA-nın xəbərinə görə, hadisə səhər saat 6 radələrində baş verib.

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.

 


Xəbər xətti