Türkiyə vətəndaşı Şəmkirdə qəza törədib

09:03 - 29 Avqust 2022 - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nətiəcədə avtomobil yoldan çıxaraq yol kənarındakı üzüm bağına düşüb.

Qəza zamanı Türkiyə vətəndaşı, 1989-cü il təvəllüdlü Aktepe Leven Metak xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə sürücü sükan arxasında yatıb. Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti