Bakıda bir-birinə bitişik üç ev yanıb

17:34 - 28 Avqust 2022 - HADİSƏ

Bakı şəhərinin Sabunçu rayonunda güclü yanğın olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 65 m² olan mansarda tipli birmərtəbəli 4 otaqlı evin mansardası və yanar konstruksiyaları 52 m² sahədə, bitişik ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və digər bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti