Oğuzda meşədə yanğın olub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.