Sumqayıtda gənc oğlanı tanışı qətlə yetirib

15:34 - 27 Avqust 2022 - ÖLKƏ İÇİ

Sumqayıt şəhərində gənc oğlan qətlə yetirilib, tanışı tutulub. Bu barədə Ucnoqta.az-a şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

Xəbər xətti