Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Avqustun 29-da...

14:47 - 27 Avqust 2022 - ÖLKƏ İÇİ

Şuşa, Ağdam və Füzuli istiqamətində sentyabr ayına olan biletlər satışa çıxarılacaq. Ucnoqta.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayına olan biletlər 29 avqust 2022-ci il saat 15:00-da satışa çıxarılacaq. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Daha ətraflı məlumat: https://bit.ly/3RhySuz

Xəbər xətti