Şirvanda doğuş zamanı körpə öldü

19:57 - 26 Avqust 2022 - HADİSƏ

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün qeydə alınıb.

TƏBİB-dən verilən məlumatına görə, avqustun 26-da, saat 11:45 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum evinə 1997-ci il təvəllüdlü, 38-39 həftəlik hamilə qadın yerləşdirilib. Saat 15:45 radələrində təbii üsulla gerçəkləşən doğum zamanı 5 kilo çəkili kişi cinsli dölün ana bətnində öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti