Azad edilən ərazilərdə baş verən yanğınların sayı açıqlanıb

12:08 - 26 Avqust 2022 - ÖLKƏ İÇİ

İşğaldan azad edilən ərazilərdə bu il 224 yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 3 min hektardan çox meşə ərazisi və kol-kos yanıb.

"Bu il ən çox yanğın Füzulidə (1680 hektar), Ağdamda (508 hektar) qeydə alınıb. İşğaldan azad olunan ərazilərdə həm yanğından mühafizə xidməti, həm də xilasetmə xidmətinin əməkdaşları növbə çəkirlər. Həmin ərazilərdə hansısa yanğın baş verərsə, dərhal reaksiya veriləcək".

Xəbər xətti