Qripdən ölən Məhəbbət Kazımov haqqında bilinməyənlər

10:19 - 26 Avqust 2022 - MAQAZİN

Həkimlər ona oxumağ qadağan etmişdi, hər dəfə həmin mahnını oxuyanda təzyiqi qalxırdı... Amma sona qədərə oxudu! Biri var idi, “Laçınım” deyə-deyə gedən, Qarabağda basdırılmağını vəsiyyət etsə də, Xırdalanda dəfn olunan Məhəbbət Kazımov...

Ucnoqta.az Oxu24.com-a istinadən xəbər verir  ki, Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım idi.

İlk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunur. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb. Sonra isə Ağaxan Abdullayevin sinfində oxuyub.

1976-cı ildən peşəkar səhnədə çıxış etməyə başlayır. "Dan Ulduzu" ansamblının solisti olur.  Onun əsl adı Məhəbbət Möhübbətdir. Adının hamı tərəfindən Məhəbbət kimi qəbul edilməsinin isə qəribə bir tarixcəsi var. Belə ki, bu bir səhv ucbatından baş verib. İlk dəfə onu efirdə təqdim edən Azərbaycan televiziyasının məşhur diktoru Roza Tağıyeva karıxaraq adını Məhəbbət kimi səsləndirib və o andan etibarən Möhübbət Kazımov Məhəbbət Kazımov kimi tanınmağa başlayıb.

Məhəbbət Kazımov nə qədər qaradinməz adam olsa da, ürəyi çox yumşaq idi. Xüsusən də doğma yurdu olan Laçın mövzusu gələndə özünü saxlaya bilmirdi.
Müğənni 1990-cı ildə ailə həyatı qurub. Üç övlad atası olub.
Məhəbbət Kazımov mühafizəkar, doğulduğu yerin adət-ənənisnə uyğun yaşayan bir sənətçi idi. O, ailəsini mətbuatdan həmişə gizli saxladı, heç adi suallara da cavab vermədi. Soruşanlara isə “Şəxsi həyatım yalnız mənə aiddir” cavabını verirdi.

Məhəbbət Kazımov müğənni və duet ortağı Könül Kərimova ilə oxuduğu mahnılar onlara böyük populyarlıq qazandırıb. Könül xanımın sənətə gəlişində Məhəbbət Kazımovun böyük dəstəyi olub. İlk dəfə Könülün səsini Ağcabədidə toyda eşidib və xoşuna gəlib. Uzun illər bir yerdə çalışsalar da sonralar Könül Kərimova solo ifaçılığa başlayır və onların dostluğu pozulur. Cabbar Musayevlə duetlərdən sonra mətbuat onların düşmən olduğunu yazır. Lakin Məhəbbət Kazımov bunu təkzib edib, sadəcə ondan incidiyini dilə gətirib. 
Ailə üzvlərinin və dostlarının sözlərinə görə “Laçınım” mahnısını oxuyanda çox kövrəlirmiş. Hətta çox vaxt bu mahnını ifa edəndən sonra təzyiqi də qalxırmış. Bir dəfə adamlar “Laçınım” mahnısına toyda oynadıqları üçün Məhəbbət Kazımov mikrofonu masaya qoyub toydan çıxır. Sonralar ondan bunun səbəbini soruşanda deyir: “Bu mahnıya oynayıb, əl çalmayın.”
Günlərin birində Osman Alıyev adlı bir nəfər Məhəbbət Kazımovla görüşür, ona mahnının sözlərinin əsl müəllifi olduğunu deyir. Uzun söhbətdən sonra Məhəbbət Kazımov həmin adama inanır və sonrakı kaset buraxılışlarından musiqinin söz yazarı kimi həmin adamın adını qeyd edir.
Bu mahnı xalq, xüsusən laçınlılar arasında ona inanılmaz hörmət qazandırır.

Vladivostoka konsert verməyə gedəndə ordakı azərbaycanlılar onu 70-80 maşından ibarət avtomobil karvanı ilə qarşılayıb aparıblar.

Ölümündən 4 il qabaq həkim ona oxumağı qadağan edir. O qədər ürəkdən oxuyurmuş ki, daxili orqanları tab gətirmirmiş. Həyat yoldaşı isə onun haqqında belə deyib: “Məhəbbətə hər şeyi qadağan etmək olar, amma oxumağı yox.”

 

Xəbər xətti