Almaniya Ukraynaya silah verməkdən imtina etdi

10:25 - 26 Avqust 2022 - DÜNYA

Almaniya Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah verməyəcək.

Bunu Almaniya Kansleri Olaf Şolts deyib.

O qeyd edib ki, bu mövqe münaqişənin genişlənməsinə imkan verməmək məqsədi daşıyır.

Şolts ABŞ lideri Co Baydenin oxşar qərarını xatırladıb: “Düşünürəm ki, bu prinsipə hamı əməl etməlidir”.///oxu.az

Xəbər xətti