Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Qaradağ rayonu, Xocasən qəsəbəsində qeydə alınıb.
Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi "Nissan" dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi "Zaparojiç" maraklı avtomobillə toqquşub. Nəticədə, Muradalı Manafov ağır xəsarətlərlə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.///Apa