Avropada qazın qiyməti kəskin bahalaşdı

20:00 - 25 Avqust 2022 - DÜNYA

Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3 300 ABŞ dollarını keçib. "Report" bu barədə Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verir. Belə ki, TTF qovşağında sentyabr fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 3 333 ABŞ dollarına yüksəlib. Günün əvvəlindən qazın qiymətində ümumi artım 11%-dən çoxdur. Qeyd edək ki, martın 7-də qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetr üçün təxminən 3 900 ABŞ dollarına çatıb.

Xəbər xətti