Quruyan çay yatağında 113 milyon il əvvələ aid dinozavr ayaq izləri tapıldı - Foto

11:40 - 25 Avqust 2022 - MARAQLI

ABŞ-ın Texas ştatında həddindən artıq quraqlıq səbəbindən çaylardan biri quruyub.

Ucnoqta.az xəbər verir ki, quruyan çayın yatağında 113 milyon il əvvələ aid dinozavr ayaq izləri ortaya çıxıb. Nəhəng ayaq izlərinin "Akrokantosaurusa" aid olduğu təxmin edilir.

Sonuncu dəfə 2000-ci ildə aşkar olunan ayaq izləri çox vaxt suyun altında, hətta bir neçə torpaq qatının altında da tapılıb.

Qeyd edək ki, Texas Dinozavr Vadisi Dövlət Parkı dünyada bu qəbildən izlərin ən yaxşı qorunduğu ərazilərdən biridir.


Xəbər xətti