Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, hadisə avqustun 23-də paytaxtın A.Neymətulla küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyeva Aysel Niyazi qızı övladı, 2015-ci il təvəllüdlü Kərimova Ruksarə Tamerlan qızı ilə birlikdə yaşadıqları evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində müvafiq yoxlama aparılır.///report