Oğuzda meşə yanır

15:45 - 24 Avqust 2022 - ÖLKƏ İÇİ

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.

Xəbər xətti