Sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) "Twitter" səhifəsində qeyd olunub.
Qeyd edilib ki, sentyabrın 16-da Azərbaycan Respublikasının Qarabağ bölgəsinin Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı ilə Qarabağ Biznes Forumu keçiriləcək.