ABŞ qırıcıları İran ordusuna aid hədəfləri vurdu

13:23 - 24 Avqust 2022 - DÜNYA

ABŞ ordusu bu gün səhər saatlarında Suriyanın şərqində İran İnqilabı Keşikçiləri tərəfindən dəstəklənən silahlı qruplaşmaların istifadə etdikləri ərazilərə hava zərbələri endirib.

Milislərin Deyr əz-Zorda vurulduğu və hücumun “gərginlik riskini məhdudlaşdırmaq və itki riskini minimuma endirmək üçün” edildiyi bildirilib.

“Prezident Baydenin göstərişi ilə ABŞ hərbi qüvvələri bu gün Suriyanın Deyr əz-Zor bölgəsinə dəqiq hava zərbələri endirib. Bu dəqiq zərbələr ABŞ qüvvələrini avqustun 15-də İranın dəstəklədiyi qrupların ABŞ personalına qarşı həyata keçirdikləri hücumlara bənzər hücumlardan qorumaq məqsədi daşıyır”, - deyə ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Co Buççino açıqlama verib.///oxu.az

Xəbər xətti