Evdən 2 000 manat dəyərində inşaat materialları oğurlanıb

12:12 - 24 Avqust 2022 - HADİSƏ

Bakıda evdən 2 000 manat dəyərində inşaat materialları oğurlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və P.Səlimov saxlanılıb.

Xəbər xətti