Salyanda ferma yandı

10:45 - 24 Avqust 2022 - HADİSƏ

Salyan rayonunda yanğın olub.

Ucnoqta.az-ın FHN-in saytına istinadən xəbər verir ki, Salyan rayonunun Yuxarı Noxudlu kəndində fermanın (hazırda fəaliyyət göstərmir) ərazisində ümumi sahəsi 624 m² olan tövlənin yanar konstruksiyaları 540 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti