Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yük avtomobilinin sürücüsü olan Türkiyə vətəndaşını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.///apa