Bakıda fərdi yaşayış evində yanğın

20:39 - 23 Avqust 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az FHN-ə istinadən xəbər verir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti