Bu ərazilərdə ov mövsümü olmayacaq

17:30 - 23 Avqust 2022 - ÖLKƏ İÇİ

İşğaldan azad olunan ərazilərdə ov mövsümün açılması və ya orada ovçuluq fəaliyyətinin təşkili nəzərdə tutulmayıb.

Ucnoqta.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, işğal müddətində orada olan faunaya da böyük mənfi təsir olub:

"Orada ekosistemin yenidən bərpa olunması, heyvanların sayının artırılması və təhlükəsizlik məslələrinin təmin edilməsi kimi məqamlar nəzərə alınaraq ovun təşkili nəzərdə tutulmayıb".

Xəbər xətti