Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada, 2009-cu il təvəllüdlü Babayeva Günay Samir qızını "Xəzər Azsamand" markalı avtomobil vurub. 13 yaşlı G. Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.