Gəlinini qətlə yetirən kişi öz arvadını da bıçaqlayıbmış - TƏFƏRRÜAT

14:35 - 23 Avqust 2022 - HADİSƏ

Ötən gün Daşkəsən rayonunda gəlinini qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin digər cinayət əməlləri də üzə çıxıb.

APA TV- nin məlumatına görə Bayan kənd sakini olan Məhəmmədəli Mustafayev bir neçə il öncə öz evində həyat yoldaşı Gülöyşə Mustafayevanı bıçaqlayıb, oğlunu isə ölümcül döyüb. Buna baxmayaraq, Gülöyşə Mustafayeva xəstəxanada müalicə olunaraq sağalıb və onlar birlikdə yaşamağa davam ediblər. Məhəmmədəli Mustafayev isə bu əməlinə görə bir müddət məhkumluq həyatı yaşayıb. Onun, həmçinin psixoloji problemlərinin olduğu bildirilir. Qeyd edək ki, Məhəmmədəli Mustafayev ötən gün Bayan kəndindəki evində gəlini, 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı əmlak bölgüsünə görə yaranan münaqişə zəminində qətlə yetirib.
Həmin vaxt cinayətkarın həyat yoldaşı və oğlu da evdə olub. O, cinayəti törətmək üçün həyat yoldaşını bazara göndərib. Oğlunu isə kənd ərazisində gəzintiyə çıxmağa məcbur edib.

 

Xəbər xətti