Xaricdən ölkəmizə işlənmiş maska gətirib satırlar – AÇIQLAMA
10:30 - 23 Avqust 2022 - ÖLKƏ İÇİ
“Azərbaycana başqa ölkələrdən ikinci əl tibbi maskalar gətirib satırlar”.
Ucnoqta.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, xaricdən məhsul gətirilməsi yerli istehsalata mənfi təsir göstərir.
“Maskanın qiymətini “qara bazar”da 4 qəpiyə salıblar. Bu da istehsalatı xilas etmir. Türkiyə və İrandan külli miqdarda maska gətiriblər, həmin maskaları 4 qəpiyə satırlar. Bu səbəbdən bizim istehsalımız artmır. Satış qənaətbəxş deyil. Bizdə istehsalçıya toxunurlar, ancaq “qara bazar”da məhsul satanlara heç nə demirlər. Qoy, onlara qadağa qoysunlar ki, maskanı 7 qəpiyə satın. Görüm, onda yerli bazardan maska almaya bilərlərmi? Başqa ölkələrdən ikinci əl maskalar gətirib satırlar. Bizdən almırlar, çünki bizdən alanda vergi verməli olduqlarını çox yaxşı bilirlər”, - fabrik rəhbəri vurğulayıb.
S.Babayeva ümumilikdə ölkəmizdə tibbi maska istehsalının kəskin azaldığını vurğulayıb.