Sabirabadda 54 yaşlı kişi faciəli şəkildə öldü

21:11 - 22 Avqust 2022 - HADİSƏ

Sabirabadda başına beton düşən şəxs ölüb.

APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti